Trampın addımları Ermənistanı QORXUYA SALDI – Rusiya bölgəyə ordu yeridir
Bizi izləyin

Nida Xəbər

Trampın addımları Ermənistanı QORXUYA SALDI – Rusiya bölgəyə ordu yeridir

Bu,Ermənistanda ciddi qorxuya səbəb olub.

ABŞ-ın Suriyada hərbi bazanı bombalaması Ermənistanda ciddi qorxuya səbəb olub.

Publika.az
xəbər verir ki, İrəvan Suriyada ABŞ-Rusiya qarşıdurmasının Dağlıq Qarabağda Ermənistanın xeyrinə olmayana nəticələrə səbəb olacağını hesab edir.

“Lragir” saytı yazır ki, Suriyada qarşıdurma dalğası Cənubi Qafqaza çata bilər: “Ekspertlər hesab edirlər ki, ABŞ-la qarşıdurma fonunda Rusiya Qarabağ münaqişəsi üzrə Avropa ilə danışıqlar apara bilər. Bu formatda Rusiyanın davranışı çox mənalıdır. O, bir tərəfdən formatı saxlamağa, digər tərəfdən öz liderlik mövqelərini qorumağa çalışır. Gözləntilər var ki, Rusiya Qarabağda kəskinləşməyə gedə bilər. Ümumiyyətlə, Suriyanın Amerika tərəfindən bomblamasından sonra çoxları o haqda danışır ki, dalğa Ermənistan sərhədlərinə gəlib çaxacaq. Çünki Rusiyanın Yaxın Şərqdən sıxışdırılmasından sonra növbə Cənubi Qafqaza çata bilər”.

Sayt qeyd edir ki, Rusiyanı Avropadan, Yaxın Şərqdən, eləcə də Uzaq Şərqdən sıxışdırırlar.

“Tək istiqamət qalıb, o da Cənubi Qafqazdır. Hansı ki, bu bölgədə Rusiyanın mövqeləri güclüdür və Ermənistan Moskvanın qalası hesab olunur. Əgər Rusiya və ABŞ arasında qarşıdurma daha da kəskinləşəcəksə, ehtimal olunur ki, yeni mərhələ Cənubi Qafqazda açılacaq. Çünki Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması onun mühasirəyə alınması deməkdir”, - deyə məqalədə bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm