Nida Xəbər
Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) KİV-in bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.
APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin “Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?“ sualına cavabında bildirib ki, onlar Azərbaycan KİV-nin Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: “Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib”.
Sorğuda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: “ Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib”.
Kojinin adından yayılmış cavabda, həmçinin, vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.
Məlumatda “bu hadisədə müəmmalı amillər mövcud olduğu” qeyd edilib, “rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı” ilə bağlı məlumatsızlıq ifadə olunub: “Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq”.
Kojinin “Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini” də qeyd edib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi