Nida Xəbər
Sabah ya ərazilər qaytarılacaq, ya da müharibə...– Putinin adamı Qarabağ görüşünün DETALLARINI AÇDI
“Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca
əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan
düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar
prosesindən tamamilə yayınmasını müəyyən edəcək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü,
politoloq Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü
şərh edərkən bildirib.
Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiya prezidenti Dmitri
Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən Azərbaycan və Ermənistan
prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin
mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri
dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini
nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə
yerləşdirmək istəyir.
S.Markov qeyd edib ki, əgər Ermənistan danışıqlar prosesindən
yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi
deməkdir.
“Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə,
başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada
keçiriləcək görüş çox əhəmiyyətlidir”, - deyə o bildirib.
Rusiyalı politoloq rəsmi İrəvanın görüş haqqında heç bir rəsmi
informasiya verməməsini, daha çox susqunluq nümayiş etdirməsini də
şərh edib: “Ermənistanın sükutu onunla bağlıdır ki, Moskva və Bakı
çoxdan “Kazan düsturu” əsasında həll variantına razıdır. Əlbəttə,
Moskva və Bakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin
burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv
danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir.
İrəvanda bəziləri danışırlar ki, “Kazan düsturu”na razılaşmaq
lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların
kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik
yaradır”.
S.Markov həmçinin, aprelin 25-də Rusiya xarici işlər naziri Sergey
Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşdə səsləndirdiyi
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi maneələr var”
sözlərini də şərh edib.
Onun fikrincə, Lavrov ATƏT-in baş katibinə qarşıdakı görüşlə bağlı
məlumat verdi və “Kazan düsturu”nu dəstəkləməyi təklif etdi.
“Deyəsən, bu məsələdə Moskva və ATƏT-in mövqeləri yaxındır”, - deyə
o bildirib.
Asif
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO