Nida Xəbər
Qarabağda müharibə başlasa, Putin Naxçıvanla sərhəddəki orduya hansı əmri verəcək?
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı,
general-mayor Andranik Makaryan iddia edib ki, birgə qoşun
birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə
edəcək.
Publika.az xəbər verir ki, erməni general birgə qoşun
növünün Ermənistan prezidentinin əmri ilə hərəkətə keçəcəyini də
iddia edib.
Erməni general qeyd edir ki, Rusiya prezidenti birgə qoşun növünün
Qarabağa müdaxilə etməsinin əleyhinə əmr verə bilməz.
Qeyd edək ki, birgə qoşun növü 2016-cı ilin 30 noyabrında
yaradılıb. Müqaviləyə əsasən bu qoşunlar Rusiya və Ermənistan
prezidentlərinin birgə əmrilə hərəkət edir. Birgə qoşuna daxil olan
4-cü ordu korpusu Türkiyə və Naxçıvan sərhədində yerləşir. Rusiya
tərəfi deyir ki, Vladimir Putinin əmri olmadan birgə qoşun hərəkətə
keçə bilməz, həmçinin, Kremldə inandırırlar ki, bu qoşunlar Qarabağ
müharibəsində müdaxilə edə bilməz. Lakin erməni generalın sözləri
şübhələrə yol açır. Makaryanın sözlərinə Rusiya rəsmi cavab
verməyib.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın
dediklərinin doğru olmadığını bildirib.
Xramçik əlavə edib ki, Makaryanın “birgə qoşun Ermənistan
prezidentinin əmri ilə hərəkət edəcək” sözləri yanlışdır.
“Qərar Moskva və İrəvanda birlikdə qəbul ediləcək. Çünki birgə
qoşuna 102-ci hərbi baza da daxildir. Bu bazanın komandiri Rusiya
Ali Baş Komandanının əmrinə uyğun hərəkət edir. Bu baxımdan, onun
Ermənistanın ali baş komandanının əmrinə uyğun hərəkət etməyəcəyi
dəqiqdir. Bu qoşun növünün Qarabağda müharibəyə müdaxilə etməsi də
çətindir. Əgər müharibə Ermənistan ərazisinə keçərsə, bu zaman
nəyisə ehtimal etmək olar. Lakin döyüşlər Qarabağda getdiyi
müddətdə bu qoşun növü heç bir müdaxilə etməyəcək və Rusiya
qarışmayacaq”, - deyə o bildirib.
Hərbi ekspert qeyd edib ki, birgə qoşunların Qarabağda müharibəyə
müdaxiləsi üçün Putinin əmr verəcəyi inandırıcı deyil.
Onun fikrincə, Ermənistan prezidenti də bu qoşun növünün müharibəyə
qarışması haqda əmr verə bilməz.
“Çünki qərarlar birgə qəbul ediləcək”, - deyə Xramçik
vurğulayıb.
Asif
-
İdman20:45
Azərbaycan - Slovakiya oyununda ikinci qol - CANLI/YENİLƏNDİ
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi