Nida Xəbər
Azərbaycandan olan qızılbaşlar və... – İrəvanın Qarabağa gətirdiyi əfqan döyüşçülər haqda DƏHŞƏTLİ FAKTLAR
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə
Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin Ermənistanın 8 min
əfqan muzdlu əsgərini 5 illik müqavilə ilə Qarabağa gətirməsi haqda
açıqlaması bu döyüşçülərin kimlər ola biləcəyi haqda suallar
yaratdı.
Publika.az xəbər verir ki, Ermənistan rəhbərliyinin
Qarabağa muzdlu döyüşçü gətirməsi haqda xəbərlər yeni deyil. Buna
qədər minlərlə PKK terrorçusunun Azərbaycanın işğal olunmuş
torpaqlarına gəldiyi, hətta terrorçuların Qəndildəki qərargahlarını
Laçına köçürmək planlarının olduğu haqda məlumatlar yayılmışdı.
Lakin məhz əfqan döyüşçülərinin gətirilməsi bəzi məqamları ön plana
çıxarır: Bu döyüşçülər kimlərdir, onlar niyə Qarabağa
gəlirlər, tranzit rolunu hansı ölkə oynayır?!
“Aprel müharibəsi”ndən sonra Ermənistanın Qarabağa muzdlu döyüşçü
toplaması prosesini sürətləndirməsi təsadüfi deyil. Çünki erməni
ordusunda intiharlar, qətllərlə yanaşı, Qarabağda hərbi xidmətdən
yayınan, müxtəlif vasitələrlə bu bölgəyə gəlməkdən imtina edənlərin
sayı artıb. Lakin niyə məhz əfqan döyüşçülərinin gətirilməsi
maraqlıdır:
1. Əfqanıstandakı vəziyyət əfqanların yaşamaq üçün
pulla döyüşməsinə səbəb olub. Yəni, daha yaxşı yaşamaq, xüsusilə
başqa ölkənin vətəndaşlığını almaq üçün əfqan döyüşməyə asanlıqla
razılaşır. G.Gökselin açıqlamasından da aydın olur ki, Ermənistan
əfqan döyüşçülərə 5 il müddətinə 3 min dollar verəcək, həmçinin, 5
ildən sonra Ermənistan vətəndaşlığı və Avropaya viza almaq vədi
verilib.
2. Muzdlu əfqan döyüşçülər İran vasitəsilə
Ermənistana gəlib. G.Gökselin bu iddiasında həqiqət payı çoxdur.
Çünki əfqanların Ermənistana gələ biləcəyi yeganə potensial marşrut
İrandır. Bu baxımdan, Ermənistan üçün ucuz döyüşçü kütləsini əldə
etmək o qədər də çətin deyil.
Burada İranın tutduğu mövqe də ikimənalıdır: hesab
etmək olar ki, Tehran hakimiyyətinin əfqan döyüşçülərinin
Ermənistana aparılması və Qarabağa yerləşdirilməsindən xəbəri
yoxdur. Lakin İranın işğalçı Ermənistana müxtəlif vasitələrlə
dəstək verməsi fonunda bu şübhəlidir.
Əgər əfqan döyüşçülərinin İran tərəfindən bilərəkdən Ermənistana
göndərilməsi doğrudursa, bu, səbəbsiz deyil:
a) İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək
verdiyini nə qədər bəyan etsə də, işğalçı ölkəyə dəstək verdiyi
məlumdur və bunun bir neçə səbəbi də aydın görünür: Tehran hesab
edir ki, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad
edərsə, Cənubi Azərbaycanla birləşə bilməsi şansı yarana bilər;
İran Ermənistana “düşmənimin düşməni dostumdur” prinsipi ilə
yanaşmaqla yanaşı, bu ölkə üzərindən Cənubi Qafqaz siyasətini
yürüdür; sanksiyalar dövründə İranın Ermənistan vasitəsilə
pullarını xaricə çıxarmaq təcrübəsi var. Bu baxımdan, ABŞ-da Tramp
hakimiyyətə gələndən sonra, İranın Ermənistana ehtiyacı artır;
Azərbaycanın müstəqil siyasəti, son dövrlərdə isə
Ərəb-İslam-Amerika sammitində iştirak etməsi İranın qəbul etmədiyi
məsələlərdən ola bilər.
b) Əfqanlar üçün İran iş tapmaq və yaşamaq üçün
getdikləri ölkələrdən biridir. İddialara görə, Tehran ölkəyə gələn
əfqanlara işləmək və yaşamaq hüququ vermək qarşılığında, onlardan
Suriyada Bəşər Əsəd tərəfindən döyüşmək tələb edir. Suriyada ən azı
bir ay döyüşən əfqan İranda iş tapır və yaşamaq hüququ qazanır.
Eyni prinsipi Ermənistan da irəli sürür: Qarabağda döyüşmək əvəzinə
maaş və yaşamaq hüququ. Ehtimal ki, Qarabağa gələn əfqan döyüşçülər
İranda yaşamağa gələn əfqanlardır.
İrana gələn əfqanların şiə məzhəbinə aid olduğunu nəzərə alsaq, bu
ölkə üzərindən Ermənistana keçənlərin də şiələr olduğu məlum olur.
Burada onların kimliyi də müəyyən mənada aydınlaşır.
Əfqanıstan əhalisinin 80-90 faizi sünnilərdir. Yerdə qalanların
əksəriyyəti isə şiələr - xəzər-bərbərlər, teymurlar, qızılbaşlar,
əfqan-dzadzlar, əfqan-fars qrupu və farslardır. Onlar arasında
qızılbaşlar vaxtilə Səfəvilər dövründə Azərbaycandan Əfqanıstana
köçənlərdir. Qızılbaşlar Əfqanıstana gedəndən sonra bu ölkədə
kompakt şəkildə yaşayıblar, həmçinin, ictimai-siyasi həyatda aktiv
iştirak ediblər. Bu amil Qarabağa gələrək, Azərbaycana qarşı döyüşə
hazırlanan şiə əfqanların içində də qızılbaşların olması ehtimalını
artırır. Azərbaycan əsilli insanlar illər sonra öz tarixi
vətənlərinə qarşı döyüşürlər. Araşdırma bunun istisna
olmadığını deməyə əsas verir. Beləliklə, Ermənistanın niyə muzdlu
əfqan döyüşçlərini Qarabağa gətirməsinin əsas səbəblərindən biri də
aydınlaşır.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ