Nida Xəbər
XİN əcnəbiləri Qarabağda planlaşdırılan beynəlxalq konfransda iştirakdan çəkinməyə çağırdı
”Bu il 14-17 sentyabr tarixində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan XİN konfransa dəvət olunan xarici ölkə
vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi İrəvanın
əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması
ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırır.
“Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal
olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva
edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz
vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını
almaq üçün təsirli addımlar atmağa çağırırıq”.
H. Hacıyev bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ