Şəhidimiz dəfn olundu - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Şəhidimiz dəfn olundu - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib.

1994-cü il təvəllüdlü, şəhid Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin! (report)

***

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi dəfn olunmaq üçün Qusar rayonuna gətirilib.

Şəhid Sultan Niyaz oğlu Şahvələdov Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn ediləcək. (report)

***

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm