Nida Xəbər
Füzuli sakinləri: "Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir" - Alxanlıdan REPORTAJ
“Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu
sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli
rayonunun Alxanlı kənd sakinləri bildiriblər. Kənd sakinləri ötən
gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu
kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini
bildiriblər.
Kənd sakinləri Ermənistan silahlı qüvvələrinin bu təxribatı
nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin,
digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan
vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar. “Bu insanlığa
sığan iş deyil, müharibə şəraiti olsa belə uşaqlara, qadınlara atəş
açmaq insanlığa sığan hərəkət deyil”, - deyə kənd sakini Mətləb
Quliyev bildirib.
“Erməni ordusunun bu təxribatı həmişə törətdiyi vəhşilikdir. Onlar
vəhşiliklərindən heç vaxt qalmırlar. Bu insanlığa sığmayan şeydir.
Körpə uşağın, dinc əhalinin belə qətlə yetirilməsi dünyanın heç bir
yerində qəbul edilə bilməz”, - deyə digər kənd sakini Qurban
Quliyev .
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun
təxribatı nəticəsində qəlpə yarası almış və “N” saylı hərbi
hospitala çatdırılmış 52 yaşlı Səlbinaz Quliyevanın həyatına
təhlükə davam etməkdədir.
Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş
Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə
Zovcuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri
Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər
tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə
keçirilməsini təhlükəli hesab edib.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı
qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120
millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə
tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri -
1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il
təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva
Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata
götürülüb.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən
görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə
bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə
düşür.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO