Elmar Məmmədyarov: “Prezidentlərin görüşündə konkret planın müzakirəsi təmin olunmalıdır”
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov: “Prezidentlərin görüşündə konkret planın müzakirəsi təmin olunmalıdır”

“Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə konkret planın müzakirəsi və onun implementasiyasını (həyata keçirilməsi) təmin etmək lazımdır”.

Publika.az
xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə açıqlamasında deyib.

E.Məmmədyarov qeyd edib ki, ermənistanlı həmkarı ilə Brüsseldə keçirilən görüşdə Minsk qrupunun həmsədrləri prezidentlərin görüşünün keçirilməsini təmin etməyi xahiş etdilər.

“Görüşdə dövlət başçıları səviyyəsində görüşün keçirilməsi təklifi səsləndirildi. Xarici işlər nazirləri müvafiq olaraq dövlət başçıları ilə bu təklifi uyğunlaşdırmalıdır. Görüşlər münaqişənin həlli prosesində əhəmiyyətli elementdir. Lakin bu görüşlər görüş xətrinə keçirilməməlidir. Əgər prezidentlər səviyyəsində görüş təşkil ediləcəksə, həmsədrlər tərəfindən münaqişənin nizama salınması üzrə planın müzakirəsi və onun implementasiyasını təmin etmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinə ehtiyacın olduğunu xüsusi vurğulayırıq”, - deyə nazir qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm