Azərbaycanın xüsusi qrupu Feysbuk rəhbərliyinə MEYDAN OXUDU: “Qarabağ...” - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın xüsusi qrupu Feysbuk rəhbərliyinə MEYDAN OXUDU: “Qarabağ...” - FOTO

Azərbaycanın “Anti-armenia Team” haker qrupu Feysbuk sosial şəbəkəsində boşluqlar aşkarlayıb. Daha sonra sosial şəbəkənin fayllarında “Qarabağ Azərbaycana Məxsusdur” sözlərini qeyd ediblər.

Publika.az
xəbər verir ki, “Anti-armenia Team” qrupu bununla bağlı məlumat yayıb.

Məlumata görə, haker qrupu tərəfindən Feysbuk sosial şəbəkəsində 3 ayrı-ayrı istiqamətlər üzrə təhlükəsiz boşluqları aşkarlanıb: “Qeyd edək ki, 2011-ci ildən başlayaraq Feysbuk sosial şəbəkəsinin dayanıqlığını artırmaq, şəbəkə istifadəçilərinin təhlükəsizliyini, habelə şəbəkənin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə sosial şəbəkənin rəhbərliyi tərəfindən “bəyaz şapka”lı hakerlərə mükafat fondu təyin olunub. Təhlükəsiz boşluqlarını aşkarlayaraq, şəbəkənin idarə heyətinə bu barədə məlumat verən hakerlər 2000-14000 ABŞ dolları məbləğində mükafatlandırılırlar. Hələ 2015-ci ildə Feysbuk öz büdcəsindən müxtəlif səviyyəli təhlükəsizlik boşluqları aşkarlamış hakerlərə ümumilikdə 1.300.000 ABŞ dollar məbləğində pul mükafatı ödəyib. “Anti-armenia Team” qrupu da öz növbəsində Feysbuk sosial şəbəkəsində müxtəlif səviyyəli təhlükəsizlik boşluqları aşkarlayaraq, sosial şəbəkənin idarə heyətinə bu barədə məlumat verib, lakin idarə heyəti müxtəlif bəhanələr gətirərək mükafat təyin etməkdən boyun qaçırır”.

Məhz buna görə aşkarlanmış sonuncu təhlükəsizlik boşluqu vasitəsi ilə “Anti-armenia Team”in hakerləri tərəfindən sosial şəbəkənin fayllarında dəyişikliklər edilərək “Qarabağ Azərbaycana Məxsusdur” sözləri yazılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm