İlham Əliyev və Berdiməhəmmədov enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev və Berdiməhəmmədov enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bugün Azərbaycana ikigünlük rəsmi səfərlə gələcək.

Publika.az xəbər verir ki, planlaşdırılan danışıqların əsas mövzularından biri yanacaq-energetika və nəqliyyat sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi məsələləridir.

Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Berdiməhəmmədov həmçinin, Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Avropaya nəqli imkanlarını müzakirə edəcəklər. Eyni zamanda, Xəzərdə yük və sərnişin daşımalarının genişləndirilməsi məsələləri də cari danışıqların gündəmində olacaq.

Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın işlənməsinin gedişi ilə bağlı da fikir mübadiləsi aparacaqlar və müasir dövrün digər aktual məsələlərini müzakirə edəcəklər.

Danışıqların yekunlarına əsasən iki ölkə arasında əməkdaşlığın genişlənməsinə səbəb olacaq ikitərəfli iri sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm