Putin Qarabağa səfər edəcək? - Yevseyev ermənilərin xam xəyallarını ALOVLANDIRDI
Bizi izləyin

Nida Xəbər

Putin Qarabağa səfər edəcək? - Yevseyev ermənilərin xam xəyallarını ALOVLANDIRDI

Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış “Abxaziya Respublikası”na səfər edib.

Publika.az
xəbər verir ki, Putinin bu səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb.

Ermənistan mediası Abxaziyaya səfər edən Putinin Qarabağa da səfər edə biləcəyi iddiası ilə çıxış edib. Halbuki, “Abxaziya Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmasa da, Rusiya tərəfindən tanınıb, qondarma “DQR”-i isə Ermənistanın özü belə tanımır. Bununla yanaşı, Putinin belə bir addım ata biləcəyini düşünmək olduqca absurddur. Lakin ermənilərin canfəşanlıqla bu məsələnin üzərində dayanması diqqət çəkir.

Hətta “Rusarminfo” saytı məsələni dərinləşdirmək üçün MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevə müraciət edib və rus politoloqdan Bakıya mesaj olaraq hesablanmış cavab alıb.

Yevseyev iddia edir ki, Azərbaycan ərazilərin azad olunması üçün güc tətbiq edəcəksə, o zaman, Putin Qarabağa baş çəkə bilər.

“Bakı hərbi variant üzərində dayanmağa davam edəcəksə, Vladimir Putin yaxın vaxtlarda Qarabağa baş çəkməyə məcbur olacaq. Rusiya lideri Qarabağda müharibə istəmir”, - deyə Yevseyev iddialarını davam etdirib.

Qeyd edək ki, V.Yevseyev daim erməniyönümlü çıxışları ilə tanınıb. Misal üçün, bu ilin iyun ayında o, Ermənistanı Azərbaycana hücum etməyə çağırmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm