Nida Xəbər
Azay Quliyev: "Terrorizmlə mübarizədə bütün dövlətlər səylərini birləşdirməlidirlər"
Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda konfransda 46 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
Konfransın plenar iclasında çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.
Hər il Paqouş konfranslarında vacib məsələlərin müzakirə olunduğunu bildirən Azay Quliyev bu cür tədbirlərin beynəlxalq tərəfdaşların sıx iştirakı ilə nüvə silahının yayılmasının qarşısının alınmasına, terrorla mübarizəyə və regional təhlükəsizlik problemlərinin həllinə kömək etdiyini deyib.
Deputat 62-ci Elm və Ümumdünya Məsələləri Konfransında İŞİD terror təşkilatı ilə bağlı ayrıca plenar sessiyanın keçirilməsinin qərara alınmasının təqdirəlayiq olduğunu bildirib. Deputat bu problemin üç ildən çoxdur müzakirə edildiyini, lakin İŞİD-in tamamilə məhv edilməsi üçün konkret nəticələrin olmadığını söyləyib. Azay Quliyev bu terror təşkilatı ilə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməli olduğunu vurğulayıb. O deyib ki, ilk növbədə bu terrorçu qrupun adından başlamaq lazımdır. Bəzən bir çox dövlətlər, xüsusilə BBC, CNN, NBC kimi beynəlxalq media qurumları İŞİD-dən danışarkən “İslam dövləti” adından istifadə edirlər. Bu, yolverilməzdir.
Dünyada baş verən son hadisələrın heç bir ölkənin terror hadisəsindən sığortalanmadığını göstərdiyini deyən deputat vurğulayıb ki, bütün ölkələr mümkün hücumların qarşısını almaq və ekstremizmə qarşı mübarizə aparmaq üçün öz individual maraqlarını kənara qoyub səylərini bir məqsəd – terrorla mübarizə üçün birləşdirməlidir.
Milli Məclisin deputatı terror təhlükəsi ilə mübarizə prosesində beynəlxalq təşkilatların rolunun da vacib olduğunu deyib. O bildirib ki, təhlükəsizlik və əməkdaşlıq təşkilatı olan ATƏT üzv dövlətlərə insan alveri, radikalizm, ekstremizm və terrorizmlə mübarizədə birgə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradır.
ATƏT Parlament Assambleyası çərçivəsində terrorla mübarizə üzrə xüsusi komitə yaradıldığını diqqətə çatdıran vitse-prezident ABŞ, Rusiya və bir çox Avropa ölkələrinin beynəlxalq terrorizmlə mübarizə sahəsində dialoq və əməkdaşlıq üçün ən yaxşı platforma olan bu komitənin fəaliyyətinə cəlb edilməsinin önəmini qeyd edib. O əlavə edib ki, bu komitə ATƏT PA-nın terrorizmlə mübarizə sahəsində səylərini yeni səviyyəyə qaldırmağa çalışacaq. Komitənin əsas məqsədləri parlamentlərarası dialoq və təcrübə mübadiləsi, eləcə də insan hüquqları prinsiplərinə tam riayət olunması şərtilə terrorizmlə mübarizə tədbirlərinin inkişafı çərçivəsində ATƏT PA-nın rolunun artırılmasıdır. Komitə bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir.
Sonra Azay Quliyev konfrans iştirakçılarının cavablandırıb və ekspertlərlə fikir mübadiləsi aparıb.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO