Nida Xəbər
Cəbhədən SON XƏBƏR
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex
kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində
və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız
yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Yusifcanlı,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli,
Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan,
Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
-
Sosial28 May 22:48
Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA
-
Dünya28 May 22:36
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
-
Region28 May 21:48
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi