Nida Xəbər
Putinin generalının Bakıya SİRLİ SƏFƏRİ - Kulislərdə GİZLİ DÖYÜŞ
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş
katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk
baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr
haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Pavel Şipilin
Patruşevin Bakı səfərində Azərbaycan prezidentinə əhəmiyyətli
məsələləri çatdırdığını hesab edir.
Onun sözlərinə görə, son zamanlar Azərbaycana qarşı informasiya
müharibəsi qızışıb.
“ABŞ keçmiş SSRİ respublikalarına qarşı hərəkət etdiyini gizlətmir.
Əlbəttə, bu hücumların əsas istiqaməti Rusiyadır. Lakin Azərbaycan
kimi öz ayaqları üstündə dayanmağı bacaran bir ölkəyə qarşı
kampaniya aparmaq da təsadüfi deyil. Hədəf isə məlumdur: neft və
qaz”, - deyə Şipilin “Sputnik” üçün qələmə aldığı məqaləsində
yazır.
Rusiyalı ekspert qeyd edir ki, Avropanın qaz bazarı uğrunda döyüşə
başlanmış amerikalılar son yarım əsrdə inkişaf etdirilən
kapitalizmin bütün qanunları üzrə rəqiblərini sıradan çıxarmaq
istəyir.
“Rusiya bu prosesin təsirlərini gördü, növbə Bakıya çatdı. Çünki
“Cənub qaz dəhlizi” layihəsi Avropada “amerika xəyalına” maneədir.
ABŞ Avropadakı vassallarını özünün mayeləşdiriliş qazına “oturtmaq
istəyir”. Vaşinqton həm də ona görə tələsir ki, Moskva və Bakının
layihələrində Ankara da fəal iştirak edir. Bu baxımdan, İlham
Əliyevin Rusiya elçisini Putin və Ərdoğan görüşündən bir neçə gün
sonra qəbul etməsi də təsadüfi deyil. Rusiyanın Türkiyə və
Azərbaycanla münsibətlərini fəal şəkildə bərpa etməsi ABŞ-da açıq
həyəcanla izlənilir. Mümkündür ki, Avropanın bu üç ölkəni
arzuedilməz tərəfdaş hesab etməsin üçün addımlar atılır. Halbuki,
Azərbaycan və Rusiya qazının Türkiyə üzərindən Avropaya çıxarılması
daha ucuz başa gəlir, nəinki, ABŞ-ın mayeləşdirilmiş qazı. Amerika
bazara hakim olmaq üçün bu üç ölkəyə qarşı addımlar atır.
Beynəlxalq media korporasiyalarının Putin, Ərdoğan və İlham Əliyevi
hədəfə alması, onların “anti-demokrat” kimi qələmə verilməsinin
səbəbləri burada aydın olur. Məqsəd, bu üç ölkəni Avropa üçün
arzuedilməz tərəfdaşa çevirməkdir. Başqa yol yoxdur. Çünki ABŞ-ın
mayeləşdirilmiş qazının Rusiya və Azərbaycan qazından daha münasib
olduğunu heç cür sübut etmək mümkün deyil”, - deyə Şipilin maraqlı
iddialar sərgiləyir.
P.Şiplin hesab edir ki, bu proseslər fonunda
Azərbaycan-Türkiyə-Rusiya üçbucağında münasibətlər yüksələn xətt
üzrə inkişaf edəcək.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO