"Qarabağa gedənlər cəzalandırılımalıdır, Türkiyə bunu Azərbaycana borcludur"
Bizi izləyin

Nida Xəbər

"Qarabağa gedənlər cəzalandırılımalıdır, Türkiyə bunu Azərbaycana borcludur"

"Elə bilirsiz onlar Türkiyəni sevirlər? Türkiyənin çörəyini yeyib, ona xəyanət edənləri bağışlamaq mümkün deyil. Qanunsuz yolla Qarabağa gedib, əleyhimizə danışırlar, qayıdıb Türkiyədə erməni separatçılarını dəstəkləyən müsahibələr verirlər. Bu cinayətdi, xəyanətdi. Və həmin şəxslər mütləq cəzalandırılmalıdırlar. Ən azından Türkiyə bu məsələdəAzərbaycana borcludur".

Bu sözləri Publika.az-a "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edən Türkiyə vətəndaşlarının hələ də cəzasız qalmalarına münasibət bildirərkən deyib.

O bildirib ki, bu birinci belə hadisə deyil:

"Daha əvvəl də jurnalist Nacihan Alçı getmişdi. Bununla bağlı da elə bir ciddi tədbirlər görülmədi. Ən azından bu məsələ Türkiyə parlamentində müzakirəyə qoyulmalı idi. Qardaşlıq, dostluq münasibətlərini bir qırağa qoysaq da, Türkiyə ilə Azərbaycan müttəfiq dövlətlərdir. Ən azından Türkiyə Azərbaycana görə, Ermənistanla heç bir diplomatik əlaqələr qurmur, sərhəd qapılarını bağlayıb. Türkiyənin belə bir addımlardan sonra sərhədi qeyri-qanuni şəkildə keçmiş xəyanətkarları müdafiə edəcəyini düşünmürəm. Onlar heç Türkiyəni də sevmirlər. Bəllidir ki, PKK-nı dəstəkləyən adamlardır. Qarabağa gedib, orada açıqlama vermək nə deməkdir? Türkiyə daxilində çox ciddi qurumlar bu məsələyə rəsmi səviyyədə tədbir görülmədiyi üçün etiraz ediblər. İnanmıram ki,Türkiyə bu məsələni cəzasız qoysun. Mən özüm də bu məsələnin parlamentdə gündəmə çıxarılması üçün şəxsən tanıdığım millət vəkillərinə müraciət etmişəm. Ümid edirəm ki, tez bir zamanda qanun çərçivəsində tədbir görüləcək və o xəyanətkarlar cəzalandırılacaqlar”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm