Nida Xəbər
Erməni şərhçidən Qarabağ ETİRAFI: “İrəvan uduzdu, Sarkisyan isə...”
Cenevrədə prezidentlər səviyyəsində növbəti Qarabağ
görüşü baş tutdu. Ciddi nəticə yoxdur, yeganə qazanc danışıqların
davam etdirilməsi üzrə razılıqdır. Hələlik görüşün ictimaiyyətə
məlum olan tərəfi bundan ibarətdir. Lakin Ermənistan ictimaiyyəti
İrəvanın həm Cenevrədə, həm də ümumiyyətlə, keçmiş prezident Levon
Ter-Petrosyanın dövründən başlamış indiyə qədər bütün təmaslarda
məğlub olduğunu hesab edir.
Publika.az xəbər verir ki, Ermənistan mediası I Qarabağ
müharibəsində ermənilərin qazandığı qələbənin dağıldığını
yazır.
Erməni siyasi şərhçi Sarqis Artsruni Cenevrə görüşündə irəliləyişin
əldə edilməyəcəyinin əvvəlcədən bəlli olduğunu deyir.
Onun sözlərinə görə, bu görüş Serj Sarkisyanın prezident statusunda
sonuncu danışıqları ola bilər.
“Güman ki, Ermənistanı beynəlxalq münasibətlərdə maraqlı edən
yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Biz tez-tez Ermənistan
prezidentlərinin fəaliyyətini məhz bu münaqişə kontekstində şərh
edirik. Birinci prezident Levon Ter-Petrosyan sülh razılaşmasını
hazırlamışdı, lakin o tarixi anı qaçırtdı, nəticə etibarilə onu
devirdilər. Hərçənd, Azərbaycan həmin vaxt bu qədər güclü deyildi
və sülh müqaviləsi o zaman imzalansaydı, Ermənistan daha çox qazanc
əldə edərdi. Petrosyandan sonra Ermənistan faktiki olaraq
demokratik resursunu itirdi və qələbənin dağılması prosesi
başlandı. Petrosyan devrildi, ortaya çıxan “qalib” Robert Koçaryan
Qarabağ şüarı ilə hakimiyyətə gəldi və danışıqlar masasında məlum
Mehrinin mübadiləsi (Pol Qobl planı – red.) üzrə planı müzakirə
etməyə başladı. Artıq Ermənistan həmin vaxtdan danışıqlarda güclü
tərəf olmaqdan çıxdı. Koçaryan 10 illik hakimiyyəti dövründə mövcud
status-kvonu saxlamağı bacardı, amma qələbə potensialı tamamilə
dağıldı. Ermənistan regional layihələrdən kənarda qaldı, nəticədə
Azərbaycan regionda əsas gücə çevrildi. Qələbənin siyasi və mənəvi
resursu tamamilə dağılandan sonra “aprel müharibəsi” baş verdi və
Azərbaycan bu müharibədən qalib olaraq çıxdı. Budur, məğlubiyyət
seriyasını Serj Sarkisyan davam etdirir”, - deyə Artsruni qeyd
edib.
Asif
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR