Nida Xəbər
Avropalı vəkillərdən Qənirə Paşayevanın sualına MƏNTİQSİZ CAVAB
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyədə “Vuslat” Platformasının təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən çox sayda tanınmış dövlət və elm adamlarının qatıldığı və 3 gün davam edən simpoziumda iştirak edib.
Publika.az xəbər verir ki, millət vəkili simpoziumda geniş məruzə ilə çıxış edib və ailə, Türkiyə-Azərbaycan ortaq tarixi, terror qruplaşmaları mövzularına toxunub.
Q.Paşayevanın nitqində avropalı millət vəkilləri ilə dialoqu diqqət çəkib. Millət vəkili “Avropa İnsan Haqları Məhkəməsinin bir neçə metr yaxınında qurulan PKK terror təşkilatı ilə bağlı nə düşünürsünüz” sualı ilə onlara müraciət edib.
Avropalı vəkillər isə suala “nə edək, gəlib fikir və düşüncələrini bölüşürlər” şəklində cavab verib.
Bundan sonra millət vəkili “elədirsə, siz Həmas və Hizbullah kimi terror təşkilatlarına da izn verərsinizmi gəlib burada düşüncələrini paylaşsınlar” sualını ünvanlayıb. Qarşı tərəf bu dəfə “xeyr” cavabı verib.
Q.Paşayeva isə onlara PKK-nın Türkiyədə 30 mindən çox insanı qətl edən, insanların canına susayan terror təşkilatı olduğunu xatırladıb və digər təşkilatların PKK-nın təxribatçılığını davam etdirdiyini bildirib.
Q.Paşayeva Qərbin ikili standartların içində olduğunu, bu ikili standartı düzgün hesab etmədiyini və Türkiyənin bu mövzuda öz etirazını bildirməsinin təbii haqqı olduğunu söyləyib.
Zümrüd
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO