Nida Xəbər
Moldovanın baş prokuroru Azərbaycana səfər edəcək
Moldovanın baş prokuroru Eduard Harunjen gələn il Azərbaycana səfər edəcək.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə baş prokuror E.Harunjen Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçiridiyi görüşdə qeyd olunub.
E.Harunjen Moldova ilə Azərbaycanın prokurorluq orqanları arasında mövcud olan əməkdaşlıq memorandumu əsasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu, ikitərəfli səfərlərin həyata keçirildiyini bildirib.
Səfir Q.Osmanov isə Moldova və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb, iki ölkənin prokurorluq orqanlarının səmərəli qarşılıqlı və uğurlu fəaliyyətindən söz açıb. Sonda səfir Q.Osmanov Azərbaycan Respublikası baş prokuroru adından E.Harunjeni Azərbaycana rəsmi səfərə dəvət edib. E.Harunjen dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana 2018-ci ildə səfər etmək imkanında olduğunu bildirib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi