Nida Xəbər
Bakı Çin-Avropa yolunu 4 dəfə qısaltdı - Aynur Camalqızı
Bu gün Azərbaycanın ən yeni tarixində çox mühüm bir layihənin - Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimi keçiriləcək. İlk qatarını yola salacaq bu dəmiryolu xətti Avropa ilə Asiyanı birləşdirən mühüm bir layihədir.
Axar.az xəbər verir ki, bu sözləri “Teleqraf Holdinq” media qrupunun rəhbəri Aynur Camalqızı qeyd edib. A.Camalqızı bu layihənin siyasi çəkisinə görə BTC qədər önəmli olduğunu vurğulayıb:
“Azərbaycan bir-birinin ardınca transmilli layihələrin icrasını həyata keçirir və Avropanın vazkeçilməz iqtisadi tərəfdaşına çevrilir. Çindən Avropayadək böyük bir coğrafiyanı əhatə edən bu böyük layihə heç də təsadüfən “Dəmir İpək Yolu” adlandırılmır. Layihənin açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın və Qazaxıstan Prezidenti Nazarbayevin iştirakı “Dəmir İpək Yolu”nun Şərqlə Qərbin iqtisadi birliyində oynayacağı rolun əhəmiyyətinin göstəricisidir”.
Azərbaycanın tranzit ölkəyə çevrilməsində və qeyri-neft sektorunun inkişafında bu dəmir yolunun xüsusi çəkisini vurğulayan A.Camalqızı qeyd edib ki, Şərqdən Avropaya dəmiryol daşımalarının ilkin dövrdə açıqlanan 10 faizə iddia ən minimum proqnozdur:
“Cənub və Şimal dəhlizi ilə Çindən inkişaf etmiş Avropa ölkələrinə yükdaşıma təxminən 45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə başlaması ilə 12-15 gün arasında reallaşacaq. Yəni BTQ Şərqlə Qərb arasında hazırkı xətdən 4 dəfə daha az vaxt sərfiyyatı ilə ideal bir marşrut təklif edir. Əlbəttə, bu fakt Bakı-Tiflis-Qars dəmiryolunun iqtisadi səmərəsinin səviyyəsini təsəvvür etmək üçün kifayətdir”.
A.Camalqızı layihənin reallaşması üçün Azərbaycanın böyük iradə ortaya qoyduğunu da vurğulayıb:
“Bunun üçün Azərbaycan qonşu ölkəyə kredit də ayırdı, həmçinin ölkədə Cənubi Qafqazın ən böyük dəniz limanının tikintisini gerçəkləşdirdi. Nəticə etibarilə ölkəmiz üçün xüsusi önəm daşıyan böyük layihənin reallaşmasına nail oldu”.
Layihənin siyasi dividentlərinə gəlincə, A.Camalqızı bildirib ki, Azərbaycan daha bir Transxəzər layihəsindən Ermənistanı kənarda qoymaqla, işğalçı ölkənin iqtisadi blokadasını bir az da gücləndirdi:
“Ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində öz iqtisadiyyatını iflic hala salan Ermənistan daha bir böyük layihədən kənarda qaldı. Hazırda erməni politoloqları İrəvanın bu dəmiryol xəttinə qoşulmaq imkanlarını müzakirə edirlər və bu xəttə qoşulmanın Ermənistan üçün böyük iqtisadi uğur vəd etdiyini bildirirlər. Bakı isə əlbəttə ki, işğalçı ordusunu işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmadan Ermənistanın beynəlxalq layihələrdə iştirakını birmənalı olaraq əngəlləyəcək. BTC kimi, BTQ də Bakının layihəsidir və bu iqtisadi layihələrdən bəhrələnmək üçün mütləq Azərbaycanın razılığı olmalıdır”.
A.Camalqızı Azərbaycanı Avropanın enerji təhlükəsizliyində vacib və dayanıqlı bir tərəfdaş kimi özünü çoxdan təsdiqlədiyini, hazırkı layihənin də ölkəmizə növbəti iqtisadi-siyasi uğurlar gətirdiyini vurğulayıb:
“Buna görə də bütövlükdə Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Bu, Prezident İlham Əliyevin gərgin zəhməti sayəsində reallaşan bir layihədir və Cənab Prezidentə təşəkkür edirik”.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA