Nida Xəbər
Sarkisyan İlham Əliyev qorxusunu... – İrəvan kulislərində ŞOK RAZILAŞMA
2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın
prezident səlahiyyətləri başa çatandan sonra əsas idarəçilik
parlamentə keçəcək.
Publika.az xəbər verir ki, Sarkisyan hakimiyyətini davam
etdirmək üçün kulislərdə danışıqlara başlayıb. Xüsusilə baş nazir
Karen Karapetyanla müzakirələr aparılır.
“Qraparak” qəzeti hökumətin içindəki mənbələrə istinadən yazır ki,
artıq “yuxarılarda” razılaşma əldə olunub.
“2018-ci ildən sonra kimin baş nazir olacağı, kimin harada
oturacağı artıq həll olunub. Razılaşmaya görə, Serj Sarkisyan
“Baqramyan 26”-da (Ermənistan Prezident Administrasiyasının ünvanı
- red.) oturacaq, lakin artıq baş nazir kimi. Karen Karapetyan isə
baş nazirin birinci müavini olaraq hökumətə nəzarət edəcək. O,
hökumət binasında əyləşəcək. Buna görə də artıq hökumət binası
yenidən təmir edilir. Ermənistanın gələcək prezidentinin məkanı isə
Milli Təhlükəsizlik Şurasının binasında olacaq”, - deyə qəzet
yazır.
Məlumatlara görə, Sarkisyanla Karapetyan əvvəlcə hakimiyyət
bölgüsündə razılaşmayıb. İkinci birinciyə israrla “axı mənə baş
nazir postunda qalacaqsan deyirdilər” deyə bildirib. Ona bu
sözlərin Rusiyadan deyildiyi də məlumdur. Lakin Sarkisyan oktyabrın
16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən
qayıdandan sonra Karapetyanla yenidən müzakirə aparıb və sonuncu
onun təklifləri ilə razılaşıb. Buna səbəbsə, Karapetyanın ölkədə
əsas şəxs kimi Qarabağ danışıqlarında İlham Əliyevlə müzakirə apara
bilməyəcəyidir. Sarkisyan Azərbaycan prezidenti ilə danışıqların
çətinliklərini sadaladıqdan sonra, Karapetyan baş nazirin birinci
müavini olaraq, hökumətə rəhbərliyi davam etdirməklə razılaşıb.
Asif
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?