Nida Xəbər
Yunanıstanda diaspora təşkilatımız yaradıldı - FOTOLAR
"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Yunanıstandakı Səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70-dək şəxs iştirak edib.
Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb. Daha sonra açılış mərasimində çıxış edənlər təşkilatın rəhbərliyinə uğurlar arzulayaraq, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarının deyiblər.
Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytı da yaradılıb.
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək