Nida Xəbər
Azərbaycan Prezidenti və NATO baş katibindən Qarabağ AÇIQLAMALARI
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Brüsseldə
NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Publika.az xəbər verir ki, NATO-nun baş katibi Dağlıq
Qarabağ münaqişəsinin həll edilməməsinin narahatlıq yaratdığını
bildirib.
Stoltenberq Azərbaycan və NATO arasında uzun illər ərzində
demokratik dəyərlərə söykənən münasibətlərin olduğunu, tərəflərin
enerji təhlükəsizliyi kimi müxtəlif sahələrdə əməkdaşlıq etdiyini
xatırladıb.
“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi narahatlıq doğurur”,
- deyə baş katib vurğulayıb.
NATO-nun bu münaqişənin həllində birbaşa iştirak etmədiyini qeyd
edən Stoltenberq əlavə edib ki, problemin hərbi yolla həlli yoxdur:
“NATO Minsk qrupunun fəaliyyətinə dəstək verir. Problemin həlli
üçün tərəflər anlaşaraq yol tapmağa çalışmalı və gərginliyin
artmaması üçün addımlar atmalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibi ilə regional
təhlükəsizliyi müzakirə etdiklərini açıqlayıb.
“Regional təhlükəsizliyə ən böyük təhdid Ermənistan və Azərbaycan
arasında həll edilməmiş Qarabağ problemidir. Azərbaycan torpaqları
uzun illərdir Ermənistanın işğalındadır. 1 milyondan artıq
Azərbaycan vətəndaşı qaçqın vəziyyətində yaşayır. Azərbaycan
xalqına qarşı etnik təmizləmə həyata keçirildi. Təəssüf ki, bu gün
də vəziyyət dəyişmir. Ermənistan mövcud vəziyyəti saxlamaq
istəyir”, - deyə dövlət başçısı vurğulayıb.
Asif
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ