Nida Xəbər
Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət olundu
"Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib".
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Publika.az-a daxil olan məlumatda bildirilir.
"Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.
Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər