Nazirlər Kabineti YENİ XƏRİTƏNİ təsdiqlədi
Bizi izləyin

Nida Xəbər

Nazirlər Kabineti YENİ XƏRİTƏNİ təsdiqlədi

Azərbaycanın şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr təsdiqlənib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən “Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələrin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı)” təsdiq edilib.

Bu qərar “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 dekabr nömrəli fərmanının icrası və Azərbaycan Respublikasının şəhərlərində və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrində tikinti aparılması üçün yararlı olan torpaq sahələrinin müəyyən edilməsi məqsədi ilə qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm