Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan QARABAĞ ÇAĞIRIŞI
Bizi izləyin

Nida Xəbər

Azərbaycan 2-ci kateqoriyaya daxil edildi - ABŞ-dan QARABAĞ ÇAĞIRIŞI

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.

Publika.az xəbər verir ki, yeni sistem çərçivəsində Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib.

Vaşinqton həmçinin münaqişə ilə əlaqədar olaraq Dağlıq Qarabağa baş çəkməməyi məsləhət görüb.

“Dövrü atışmalar və artilleriya sistemlərindən istifadə hər il insanların həlak olmasına və yaralanmalarına gətirib çıxarır”, - xəbərdə deyilir.

Məlumata görə, ABŞ vətəndaşlarının xaricdə müdafiəsinin gücləndirilməsi bu sistemin yaradılmasının hədəfidir. Dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb. Bunlar aşağıdakılardır:

1-ci kateqoriya – adi ehtiyat tədbirləri kifayətdir.

2-ci kateqoriya – ölkəyə səfər zamanı yüksək ehtiyatlılıq göstərin.

3-cü kateqoriya – bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin.

4-cü kateqoriya – bu ölkəyə səyahət etməyin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm