Bakıdan Qarabağla bağlı YENİ GEDİŞ - Sarkisyan və Nalbandyan yanvarda olacaqları AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Bakıdan Qarabağla bağlı YENİ GEDİŞ - Sarkisyan və Nalbandyan yanvarda olacaqları AÇIQLADI

Yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Publika.az
xəbər verir ki, ötən ilin sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşünün planlaşdırıldığını açıqlamışdı. Lakin görüşün konkret vaxtı və yeri hələlik məlum deyil.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”.

Nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda heç bir məlumat yoxdur. Amma Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır.

Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, nazirlər qarşıdakı görüşdə münaqişə ilə bağlı güzəştəli razılaşmaya nail ola bilərlər.

Ermənistanı müdafiə edən rusiyalı politoloq Stanislav Tarasov deyir ki, nazirlər görüşməyə razıdırlarsa, deməli danışıqların predmeti var.

“Mümkündür ki, ortada yeni bir təklif, yaxud variant var. Bu, bizə məlum deyil. Lakin diqqətçəkən məqam Azərbaycan tərəfinin görüşə pozitiv yanaşmasıdır. Bu, görüşdə Ermənistanın hansısa məsələlərdə razılaşa biləcəyinə işarədir. Mümkündür ki, Azərbaycan Minsk qrupunun hansısa təklifi ilə razılaşa və diplomatik manevrlər edərək, rayonların qaytarılması, həmçinin Qarabağın statusu məsələsində istədiyinə nail ola bilər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm