Nida Xəbər
BDU-nun tələbələri iki diplomla məzun oldu - FOTO
Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi görüşdə rektor, akademik Abel Məhərrəmov Avropanın ən qədim ali təhsil ocaqlarından olan Vürçburq Universiteti ilə uğurlu əməkdaşlıqdan bəhs edib.
Bildirib ki, 2011-ci ildən BDU və Vürçburq Universiteti arasında imzalanmış Memoranduma əsasən “Avropa hüququ” ixtisaslaşması üzrə “ikili diplom” magistratura proqramı həyata keçirilir. Bugünkü görüşün proqramın növbəti, 7-ci məzunlarına diplomların təqdim edilməsi məqsədilə təşkil olunduğunu vurğulayan rektor, 2017-ci ildə13 nəfər tələbənin bu proqram üzrə məzun olduğunu qeyd edib. Rektor, eyni zamanda, Vürçburq Universitetinin digər fakültələri ilə də əməkaşlıq əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra professor Exard Paxe proqramın həyata keçirilməsindəki dəstəklərinə görə universitet rəhbərliyinə, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevə, proqramın koordinatoru, Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadəyə təşəkkür edib, müəllim-tələbə mübadiləsinə xidmət edən proqramın önəmindən bəhs edib. Məlum olub ki, 2017-ci ilə qədər 23 nəfər hazırlayan proqram ingilis və alman dillərində aparılır və hazırda 20-dən çox tələbə “ikili diplom” almaq üçün təhsillərini davam etdirirlər.
Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO