Nida Xəbər
Aydın Əliyev Tacikistanın səfiri ilə görüşdü
Yanvarın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Tacikistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri A.Əliyev bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra Komitə sədri gömrük işi sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə toxunaraq, Azərbaycan və Tacikistan gömrük xidmətləri arasında 2007-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin imzalandığını məmnunluqla xatırladıb. Eyni zamanda, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyi bildirən DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin yerləşdiyini, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin də fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev iki qardaş ölkənin əlaqələrindəki mövcud vəziyyəti yüksək qiymətləndirib, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. Səfir Azərbaycanın gömrük sistemində tətbiq edilən yenilikləri nəzərə almaqla ölkəsinin anoloji qurumunun bu təcrübədən yararlanmaqda maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, kinoloji xidmət və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir