Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI - Ermənilər QORXU İÇİNDƏ
Bizi izləyin

Nida Xəbər

Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI - Ermənilər QORXU İÇİNDƏ

“Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub.

Publika.az
xəbər verir ki, fevralın 1-də hökumətin iclasında bu qanun layihəsi bəyənilib.

Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi rezonans yaradıb. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir.

Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, bu gün Sarkisyan Ermənistanda çar və “Allahdır”: “O, əvvəlcə hakimiyyəti öz əlində saxlamaq üçün konstitusiyanı dəyişdirdi. Bu, ona baş nazir kreslosunda əyləşərək, çarlıq etməyə imkan verəcək. Ardınca da “Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi irəli sürüldü. Bütün bunlar apreldən sonrakı dövrə hazırlıqdır. Şübhəsiz ki, apreldə baş nazir Sarkisyan olacaq. Parlament respublikası üsul-idarəsində Nazirlər Kabineti əhəmiyyətli struktur olacaq və onun iclaslarında çox şey həll olunacaq. Və görünən budur ki, hökumət bütün qara işlərini bağlı qapılar arxasında həyata keçirəcək”.

Erməni şərhçi qeyd edir ki, Sarkisyanın çarlıq və “Allahlıq” dövrü başlayır.

“O, real müxalifəti sıradan çıxartdı, iqtisadiyyat üzərində öz monapoliyasını qurdu, indi də avtotarizmdən diktaturaya keçid edir. Hökumətin qapalı iclaslarında Sarkisyan xalqı rahat şəkildə soymağa davam edəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm