Rusiya XİN: Bu, Azərbaycanın daxili işidir
Bizi izləyin

Nida Xəbər

Rusiya XİN: Bu, Azərbaycanın daxili işidir

“Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir”.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanda növbədənkənar prezident seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının prosesinə mümkün təsiri haqqında suala cavab verəkən deyib.

“Hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir. Seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir. Bu şərhlər isə artıq edilib”.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm