Nida Xəbər
Ağsaqqallar Şurası prezident İlham Əliyevin namizədliyini dəstəklədi
Azərbaycan Ağsaqqallar Şurasının iclası
keçirilib.
İclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov
dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə
namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: "Heydər
Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə
sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu
davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da
artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham
Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası
xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi
dəstəkləməyə dəvət edəcək".
F. Heydərov prezident seçkilərinin növbədənkənar olması ilə
razılaşmadığını bildirib: "Bu il prezident seçkiləri ilidir və
prezident seçkiləri də aprelin 11-nə təyin edilib".
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov
deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini
dəstəkləməlidir: "Məhz Heydər Əliyevin uğurlu daxili və xarici
siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış
ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan
bilir ki, bu gün prezident İlham Əliyevin apardığı siyasət Heydər
Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız,
nəvələrimiz firavan, stabil bil ölkədə yaşasın, qan-qadadan uzaq
olsun, biz ağsaqqallar İlham Əliyevin namizədliyini
dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona
görə də, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur.
Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına,
stabilliyinə səs verəcəyik".
Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan
Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin
namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub. (apa)
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq