Nida Xəbər
Elm adamları seçkilərdə yekdilliklə İlham Əliyevə səs verəcək - AMEA
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov elm sahəsində aparılan islahatlardan danışıb.
Akademik Azərbaycan prezidenti İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. T. Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə bildirib ki, prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb: "Prezident İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov hər bir Azərbaycan gəncini prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
Toplantı çıxışlarla davam etdirilib.
Sonda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib. Bəyanatda qeyd olunub ki, elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər.
-
İdman21:48Azərbaycan - İslandiya oyununda 2-ci QOL - CANLI/YENİLƏNİR
-
Nəqliyyat19:48Zəngəzur dəhlizinə gedən dəmiryol xətti ilə bağlı YENİ XƏBƏR - VİDEO
-
İdman19:36Türkiyədə MƏRC QALMAQALI: 102 futbolçuya CƏZA VERİLDİ - ADLAR
-
Nəqliyyat19:24Bakıda diplomatik nömrəli maşınla qaydaları pozdular - DİN-dən AÇIQLAMA
-
Magazin119:12Səmra dərin sinə dekolteli mini libasda - “ÇƏHRAYI FOTOLAR”
-
Cənubi Qafqaz19:00Qalstanyanın həbs müddəti YENƏ UZADILDI
-
Magazin217:40Üzünə həsəd aparır göydəki Ay da: Dünyanın ən gözəl qadınları - FOTOLAR
-
Sosial16:40Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi

























.jpg)








.jpg)


