Eks-prezident: “Davamlı inkişaf Azərbaycanda yaxşı tərbiyə almış lideri hazırlayıb”
Bizi izləyin

Nida Xəbər

Eks-prezident: “Davamlı inkişaf Azərbaycanda yaxşı tərbiyə almış lideri hazırlayıb”

“Azərbaycanı ötən əsrin 60-cı illərdən tanıyıram. Heydər Əliyevi yaxşı tanımışam. Uzun illər ərzində davamlı inkişaf bu ölkədə elit təbəqəni və yaxşı tərbiyə almış lideri hazırlayıb”.

Publika.az xəbər verir ki, VI Qlobal Forumda çıxış edən Moldovanın sabiq prezidenti Petro Luçinski deyib.

O qeyd edib ki, hansı qrupda liderin necə hazırlanması ilə bağlı tələblər var:

“Kiçik bir şirkətdə lider hazırlanması üçün tələblər var, lakin deputatlarla bağlı belə tələblər yoxdur. İnklüzivliyin tarixi bir çoxlarına məlumdur. Bu cür təsisatları yaradanlar həm özləri, həm də xalqın qazanmasına imkan yaradır. Digər cəmiyyətlərlə ancaq liderlər qazanır. Təəssüf ki, beynəlxalq təsisatların ölkələrlə qurduğu əlaqələr inklüzivliyə əsaslanmır. Resursların cəmi 1 faizi insana məxsus olur və belə çətinliklər meydana gəlir".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm