Nida Xəbər
Tahir Kərimli kişi müəllimlər üçün nazirliyə MÜRACİƏT ETDİ
“Son 200 il ərzində başımıza gətirilən müsibətlərə həsr olunmuş abidə hazırlanmalıdır”.
Publika.az-ın məlumatına görə, bu fikri millət vəkili Tahir Kərimli Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu abidə Azərbaycanda soyqırımının 100 illiyi ərəfəsində hazır olmalıdır:
“Düşmən ölkə - Ermənistan belə bir abidə kompleksi yaradıb, saxtakarlıqla məşğuldur”.
Millət vəkili Ağsuda təhsil sahəsində müşahidə olunan problemlərdən də danışıb:
“Ağsuda elə kənd məktəbləri var orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli internat məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir. Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyi ilə bağlı dəfələrlə müzakirələr aparmışıq, ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Təhsil Nazirliyinə müraciət edərək məktəblərdə kişilərin daha çox müəllim işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməsinin vacibliyini xatırlatmaq istəyirəm”.
Gülxar
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ