Bakıda dəhşətli qəza törədən məmur oğlu kimdir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Bizi izləyin

Nida Xəbər

Bakıda dəhşətli qəza törədən məmur oğlu kimdir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən Publika.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yayılan məlumatda o da bildirilir ki, guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub.

Dövlət Gömrük Komitəsi bildirir ki, nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə prosesi mövcud qanunvericiliyə görə tənzimlənir, gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə görə yalnız qanunvericilikdə nəzərdə tutulan vergi və rüsumlar ödənilməlidir. Üstəlik hazırda ölkənin sərhəd-gömrük keçid məntəqələrində istər avtomobil, istərsə də sərnişin sıxlığı müşahidə olunmur və yayılan məlumatlar həqiqətə uyğun deyil. Hər hansı fakta söykənməyən bu xəbərlərin yayılması isə qərəz və ya naşılığın əlamətidir.

Eyni zamanda, bu gün bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan və qəza törədən Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb, həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki,Report-un yaydığı məlumata görə, 10 LJ 600 dövlət qeydiyyat nişanlı BMV markalı avtomobilin sahibi Adıgözəlov Elvin Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə, onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMV-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm