Nida Xəbər
Səməd Seyidov: "Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”
“Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır”.
Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.
O, yalnız Azərbaycana qarşı bu cür mövqe sərgilənməsinin sual doğurduğunu bildirib: “Təxminən bir ay əvvəl bu zalda siz Serj Sarkisyanı alqışladınız. Lakin o, iki gün əvvəl korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən qovuldu. Hanı onu burada demokrat kimi təqdim edənlər?
Azərbaycan müharibə vəziyyətində yaşayır. Ərazimizin bir hissəsini itirmişik, 1 milyona yaxın məcburi köçkünümüz var. Biz təşkilata gəlmişik ki, hüququn aliliyini görək. Lakin burada yeni beynəlxalq hüquq görürük. Mənim adım da korrupsiyaya dair siyahıdadır. Halbuki araşdırma orqanı deyib ki, mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”. (apa)
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO