Nida Xəbər
Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirildi - FOTO
Bu gün Bakı Baş Gömrük İdarəsində Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş keçirilib.
Komitənin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasmov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdığını və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən Mirqasım Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb. İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkəmizin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.Vergilər Nazirliyinin sahibkarlar üçün 65-dən çox elektron xidmət təklif etdiyini bildirən departament rəisibunun da sahibkarlığın inkişafı və şəffaflığın təmin olunmasında müsbət rol oynadığını vurğulayıb. Natiq Şirinov bəzi hallarda vergi qanunvericiliyi tələblərinin pozulduğu, vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilmədiyini bildirərək yeni sistemin tətbiqinin həm də bu sahədə müsbət nəticələr əldə edilməsinə şərait yaradacağını qeyd edib.
Daha sonra görüşdəAzərbaycan Respublikasının Vergilər Nazirliyivə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış "Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında" Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal12 Oktyabr 22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya12 Oktyabr 22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial12 Oktyabr 21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ