Müdafiə Nazirliyi hesabat verdi
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyi hesabat verdi

Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən aprel ayında dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Şəmkir, Gədəbəy, Tərtər, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qusar, Füzuli, Bakının Səbail, Binəqədi, Xətai və Qaradağ rayonları, o cümlədən Sumqayıt, Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 30-dan artıq tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.

Aprel şəhidlərinin, Azərbaycanın Milli qəhrəmanlarının anma mərasimlərində, onların ailə üzvləri ilə görüşlərdə, hərbi idman oyunlarında və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, məktəblilər və tələbələr yaxından iştirak ediblər. Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə apreldə Müdafiə Nazirliyi tərəfindən 129 rəsmi məlumat, 196 foto, 14 video material hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 11 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 30 tədbirin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri dəvət olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm