Mayami meri AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
Bizi izləyin

Nida Xəbər

Mayami meri AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Publika.az xəbər verir ki, bəyannamədə dünya azərbaycanlılarının son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd etdiyi bildirilir:

“Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 2006-cı il oktyabrın 26-da təsis olunması bu ənənələri yaşatmaq və davam etmək məqsədini güdür”.

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.

ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin meri bəyannamədə 2018-ci il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm