Nida Xəbər
Slovakiyada 28 May - Respublika Gününə həsr olunan rəsmi ziyafət təşkil edildi
Slovakiyanın paytaxtı Bratislava şəhərində 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ölkəmizin Slovakiya Respublikası ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan rəsmi ziyafət təşkil edilib.
Azərbaycanın bu ölkədəki fəxri konsulluğu tərəfindən Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Slovakiyanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Bratislavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan həmyerlilərimiz iştirak ediblər.
Tədbirdə 25 il ərzində Azərbaycan və Slovakiya arasında inkişaf etmiş siyasi, iqtisadi, humanitar və digər sahələrdəki faydalı ikitərəfli əməkdaşlıq barədə məlumat verilib.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov tədbir iştirakçılarına bu il 100-cü ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumat verib. Müstəqillik haqqında qəbul edilmiş 1918-ci il bəyannaməsində demokratik dəyərlər, insan hüquqları, qadın və kişi bərabərliyi kimi dəyərlərin əks olunduğunu bildirən səfir həmçinin, bəyannamədə digər dövlətlərlə sülh şəraitində münasibət qurmaq istəyi əks olunduğunu qeyd edib. Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu diqqətə çatdıran səfir qısa mövcudluğu dövründə ölkədə ciddi siyasi və iqtisadi təməl üzərində müasir dövlətin təşkil olunduğunu, dünyəvi və demokratik dəyərlərə söykənən islahatlar və quruculuq işlərinin aparıldığını qeyd edib.
Bildirilib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyinə yenidən qovuşan Azərbaycan qısa müddət ərzində düzgün seçilmiş strategiya əsasında siyasi və iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan həm qonşu dövlətlər, həm də region ölkələri üçün etibarlı tərəfdaşa və təhlükəsizliyin təminatçısına çevrilib. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh və əmin-amanlıq dəyərlərinin ilkin ünvanıdır, öz multikultural və tolerant cəmiyyəti ilə nümunəvi ölkədir. Ölkəmiz hazırda nəqliyyat dəhlizlərinin, neft sənayesinin inkişafı istiqamətində ciddi uğurlar əldə edib.
Tədbirin bədii hissəsində Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Konsertdə Afaq Abbasova (sopran) və Babək Niftəliyevin (xanəndə) ifaları böyük maraqla qarşılanıb. Konsertdə bəstəkarlar Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Aqşin Əlizadə, Qara Qarayev, Simon Jurovskinin əsərləri, həmçinin Azərbaycan xalq musiqi nümunələri səsləndirilib.
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə1 May 19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular