Nida Xəbər
Ötən il Braziliya Azərbaycana 172 milyon dollarlıq əmtəə ixrac edib
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun Braziliya dövlətinə məxsus mətbuat holdinqi olan, "Agenciabrasil EBC" informasiya portalında “Azerbaijan bolsters economic cooperation with Brazil” adlı müsahibəsi dərc edilib.
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən Publika.az-a verilən məlumata görə, müsahibədə Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə və Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə geniş yer ayrılaraq, ölkəmiz haqqında, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrə dair ətraflı məlumat verilib.
Qeyd edilib ki, iki ölkə arasında geniş ticarət imkanları mövcuddur. Ötən il Braziliya Azərbaycana 172 milyon ABŞ dolları məbləğində əmtəə ixrac edib. Azərbaycan isə öz növbəsində 112 min dollar məbləğində əmtəə ixrac edib.
Müsahibənin sonunda, agentlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında qısa məlumat verilib və Azərbaycan ərazisinin iyirmi faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ