FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir - - FOTO
Bizi izləyin

Nida Xəbər

FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir - - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov milli ordumuzun yaradılmasını Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi qiymətləndirib.

Akademiyanın rəisi bildirib ki, 26 iyun 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin yaradılması imperiya əsarətində inləyən xalqımızın mübarizəsinin nəticəsi olaraq milli dövlətçilik ənənələrimizin bərpası idi.

Lakin 28 aprel 1920-ci ildə milli dövlətimizin süqutundan sonra ordu quruculuğu prosesi dayanıb, yalnız 1969-cu ildə müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycan SSR-in rəhbərliyinə gəldikdən sonra bu sahədə ciddi addımlar atılıb, milli hərbi kadrların hazırlanmasına başlanılıb: "Məhz dahi rəhbərin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq yaradılıb, hərc-mərcliyə son qoyulub. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Ulu öndərin 22 may 1998-ci il tarixində imzaladığı fərmanla 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmiş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.

Ümummilli liderin müdrik siyasi kursunun alternativsiz davamçısı, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində isə bu gün ordumuz regionun qüdrətli güclərindən birinə çevrilib".

Sonra Akademiyanın Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsinin rəisi, ehtiyatda olan general-mayor Cahangir Qulamov çıxış edərək Azərbaycan ordusunun yaradılması və formalaşdırılması kimi çətin, şərəfli və tarixi missiyanın öhdəsindən layiqincə gələn ulu öndər Heydər Əliyevin silahlı qüvvələrimizin güclənməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm