Nida Xəbər
Qüdrət Həsənquliyev: "5 ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır"
"Bu dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin tam həll etmir. "Məhkəmələr haqqında" Qanunun yenidən işlənməsini dəfələrlə təklif etmişəm”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev “Məhkəmər və hakimlər haqqında”Qanuna münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, hakimlərin 5 ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur: “Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir. Hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada, peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur. Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir. 5 ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır. Bu məsələ ləğv edilməlidir. Hakim qanunu pozanda ondan şikayət verilmə hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən sui istifadə etmə, özünü pis aparması, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir. Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda və vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar. Bizdə yaş həddi 68-dir və hesab edirəm ki, bu, artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcüd problemi hakimlərin müstəqilliyi, əmək haqqının az olmasıdır”.
Millət vəkilinə cavab verən spiker Oqtay Əsədov bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil: “Siz inanırsınız ki, Azərbaycanda hakim istefa verəcək?”
Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 113-cü
(Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları) maddəsinə
yeni 11-ci bənd əlavə edilməsi təklif olunur.
Yeni bəndə əsasən, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda nəzərdə
tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim
təyin edilmiş şəxslər istisna olmaqla) işində peşəkar
çatışmazlıqlar aşkar edildikdə fəaliyyətinə xitam veriləcək.
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı