Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başladı - - FOTO
Bizi izləyin

Nida Xəbər

Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başladı - - FOTO

Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm