"Dövlətçiliyimizə ziyan vuracaq hərəkətlərə dəstək verməməliyik" - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Dövlətçiliyimizə ziyan vuracaq hərəkətlərə dəstək verməməliyik" - ŞƏRH

Ölkəmizdə söz, sərbəst toplaşma azadlığı varsa, demokratik şəraitdə yaşayırıqsa, bunun qədrini bilməliyik. Dövlətçiliyimizə ziyan vuracaq, cəmiyyətdə ictimai-asayişi pozacaq hərkətlərə dəstək verməməliyik”

Bu sözləri Publika.az-a millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, dövlət əleyhinə addım atan və özü ilə çoxsaylı insanları bu işə cəlb edən şəxslər cəzalandırılmalıdır: “Xalqı dövlət əleyhinə qaldıran şəxslərin kimliyi, hansı qüvvələr tərəfindən idarə olunduğu aşkarlanmalıdır. Hüquq-mühafizə orqanlarımız onların kimlərdən əmr aldığını və bu hadisələri törətdiklərini müəyyənləşdirməlidir. Azərbaycanın düşmənləri çoxdur və onlar tarix boyu bizi bir-birimizə düşürməyə çalışıblar. Bir vətəndaş kimi mən hər kəsdən xahiş edirəm heç kimin təsiri altında qalmayın. İxtişaşlara qoşulmayın. Bizə düşmən olan qüvvələrin nümayəndələri ölkəmizdə insanların azad söz, toplaşma azadlığından öz çirkin məqsədləri uğrunda istifadə etməyə çalışırlar. Burada bir çox məqamlar var, amma bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir. Bəziləri deyir ki, bu Rusiyanın, İranın təxribatıdır. Amma bu kimi şərhlər səsləndirən şəxslər səhvə yol verir. Bunu hüquq-mühafizə orqanları dəqiqləşdirə bilər. Azərbaycan bu gün Rusiya və İranla müəyyən diplomatik əlaqələr içərisindədir. Bu cür fikirlər ölkəmizlə həmin dövlətlər arasında münasibətlərin pozulmasına səbəb ola bilər. Aydındır ki, bu dövlətçiliyin əleyhinə planlaşdırılmış addımdır. Amma dəqiq olmayan fikirləri səsləndirmək olmaz. Düşmənlərimiz bu cür yollarla digər ölkələrlə Azərbaycan arasındakı münasibətlərin pozulmasında da maraqlıdırlar”.

T.Rzayev onu da deyib ki, ölənlər də, öldürülənlər də bizim öz vətəndaşlarımızdır: “Bu, bizim sabitliyiməz zərbədir. Müharibə şəraitində yaşayırıq. Bu cür məsələlərin qabardılmasına sevinən qüvvələr var. Heç birimiz ölüm hadisəsinə sevinməməliyik. Hadisələr nəticəsində ölən də, ziyan alan da, məsuliyyətə cəlb olunana da bizim vətəndaşımızdır. Ancaq onları idarə edən şəxslər, insanları bir-birinə düşürən o mürtəce qüvvələr sabah hər şeydən kənarda qalacaq və istəklərinə nail olmuş olacaqlar. Bu kimi hadisələrin qarşısını almaq üçün vətəndaşlarımız diqqətli olmalı, hadisələrin gedişatını izləməli və dövlət əleyhinə heç bir çağırışlara qoşulmamalıdırlar”

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm