İrəvana AĞIR ZƏRBƏ: Qafqazın taleyi Bakıda həll olunur - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

İrəvana AĞIR ZƏRBƏ: Qafqazın taleyi Bakıda həll olunur - ŞƏRH

“Hesab edirəm ki, ölkə prezidentinin Brüssel səfəri bu günə qədər Azərbaycanla Avropa İttifaqı arasında aparılan danışıqların, intensiv görüşlərin yekunu olaraq imzalanmış əməkdaşlıq prioritetləri sənədi Qərblə ölkəmiz arasında gələcək münasibətlər üçün kompas, yol xəritəsi rolunu oynayacaq”.

Bu sözləri Publika.az-a millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin NATO-nun Brüsseldə keçirilən zirvə sammitində iştirakını şərh edərkən deyib.

O bildirib ki, bu səfər çərçivəsində NATO sammitində müzakirə edilən mövzular Azərbaycanın milli mənafelərinin təminatı baxımından olduqca ciddi məqamları əhatə edir:

“Son 5 il ərzində regional və beynəlxalq miqyasda yaşanan hadisələr kontekstində həmçinin, Avropa Birliyinin yaxın qonşuluq siyasətində seçilən altı dövlətin məruz qaldığı sarsıntılar, bölgəsəl təzyiqlər və hətta ərazi itkiləri fonunda Azərbaycanın əldə etdiyi nəticələr son dərəcə uğurlu, düşünülmüş diplomatik addımlar sayəsində əldə olunan nailiyyətlər hesab oluna bilər. İstər təhlükəsilzik, istərsə də iqtisadi, siyasi mənafeələr cəhətdən bu sammit bizim üçün böyük perspektivlər vəd edir. Birinci növbədə Azərbaycan düzgün siyasi addımlar ataraq özünün Rusiya və Avropa arasındakı toqquşmalardan kənarda salxaya bildi. Nəzərə alsaq ki, assosiativ saziş bölgədə olan altı dövlətin də qarşısına qoyulmuşdu. Lakin ilkin olaraq altı dövlət arasından Ukrayna geopolitik axınların qarşısına düşdü və ən ağır zərbəni də o aldı. Yanukoviç hakimiyyətdən devrildi. Əvəzində isə nəinki Krım, 60 min kvadrat kilometrə yaxın Donbas ərazisi itirildi. Belə olan təqdirdə bu nəticəyə gəlmək olur ki, bu dövlətlərin yüksək elitası tərəfindən atılacaq hər bir yanlış addım Rusiya tərəfindən məqsədyönlü şəkildə öz xeyirlərinə doğru istifadə ediləcək. Azərbaycan isə bu regional balansı dəqiq şəkildə hesabladı və bu axından kənarda qalmağı bacardı. Bununla yanaşı da Prezident İlham Əliyev qarşı tərəfə milli mənafeələrimizə uyğun olaraq bir sıra tələblər irəli sürdü. Təbii ki, ən önəmli tələblərimizdən biri Dağlıq Qarabağ mövzusu oldu. Avropa İttifaqının Riqa sammitində əleyhimizə olan bir çox müddəalar sənədləşdirərək müzakirəyə çıxarmışdılar. Nə var ki, Qərb Ermənistanı Rusiyanın əlindən qoparmaq üçün onun könlünü oxşayan, onlara əlverişli olan müddəalar hazırlayacaq. Moldova, Gürcüstan, Ukrayna məsələlərindən fərqli olaraq bizim ərazi bütövlüyümüz onların nəzərində önəmli hesab olunmurdu. Amma bu gün, hazırkı reallıqda biz tam fərqli münasibət görürük. Ölkə başçısının NATO-nun zirvə toplantısında iştirak etməsi və yekun qərarlarda Azərbaycanla bağlı prinsipial qərarların verilməsi hesab edirəm ki, Ermənistana vurulan ən böyük zərbələrdən biri olacaq”.

Z.Oruc onu da bildirib ki, BMT səviyyəsində olan qərarlarla yanaşı Aİ-nin də ərazi bütövlüyümüzün tanınması istiqamətində verdiyi rəylər bizim üçün ciddi perspektivlər yaradır: "Çünki nə qədər ki, Azərbaycana məxsus torpaqlar azad olunmayıq beynəlxalq sənədlər bizim mövqeyimizi müdafiə edəcək. Eləcə də bu gün beynəlxalq məkanda ən güclü hərbi siyasi təşkilatlardan biri olan NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlar yayırsa, bu, Qarabağın işğalı ilə bağlı tərəddüdlərin aradan qaldırılmasına işarədir. Avropa İttifaqında da biz bu yanaşmanın şahidi oluruq. Lakin belə bir məqam da var ki, dəyişilmiş hakimiyyət fonunda Paşinyanın hökumətinin xarixci işlər naziri deyirdi ki, NATO Azərbaycana dair son müddəalarda israr etsə, görüşə qatılmayacaqlar. Bəs nə baş verdi? Nikol Paşinyan görüşə qatıldı. O düşünürdü ki, dəyişən hakimiyyət üçün mükafat Qarabağdan gələcək. Onlar dhesab edirdi ki, üç-dörd dövlət ayağa qalxacaq və ona dəstək verəcək. Bu da onun Qarabağ məsələsini öz xeyirlərinə tanıtmasına kömək edəcək. Lakin bu illüziyaların heç biri özünü doğrultmadı. Son iki gün ərzində cənab Prezidentin Brüseldə Donald Tuskun iştirakı ilə imzaladığı sənəd sübut edir ki, NATO Bakının iradəsini qəbul edib. Cənubi Qafqaz Azərbaycanın mövqeyi olmadan hər hansı bir beynəlxalq güc arasında danışıqlar mövzusu ola bilməz. Bu məsələdə Putin və Tramp arasında keçiriləcək görüş də olduqca əhəmiyyətlidir. Çünki NATO ilə Azərbaycan arasında qəbul edilən tərəfdaşlıq müqaviləsində çox ciddi müddəalar öz əksini tapır ki, bu da gələcək dövrlərdə Qarabağ məsələsində hər hansı bir sual yaradacaq istiqamətin qalmasına imkan vermir. Ermənistanın bütün hüquqi, siyasi resursları bu istiqamətdə aciz qalır”.

Z.Oruc Brüssel sammitində alınan qərarların Şərq-Qərb və Şimal-Cənub dəhlizinə də ciddi təsir göstərəcəyini deyib. Onun sözlərinə görə, ermənilər bu istiqamətdə də bizə qarşı təbliğat xarakterli informasiyalar hazırlayır:

“Onlar iddia edir ki, Azərbaycan özünün karbohidrogen ehtiyatları ilə Qərbin diqqətini öz üzərinə çəkir. Qərb elitasının mövqeyinə təsir göstərərək, öz mənafelərinə uyğun qərarların verilməsini təmin edir. Amma bir kubmetr qaz da neft kimi Qərbə çox maraqlıdır. Ona görə yox ki, bu gün Qərbin buna böyük ehtiyacı var. Sadəcə olaraq Azərbayacn Qərblə iqtisadi cəhətdən partnyorluğunu həyata keçirən zaman bu bölgədə möhkəmlənir. Brüsel və onun straterqləri yaxşı bilirlər ki, Azərbaycan və Xəzər ekvatoriyası ilə çalışmadan çox mühüm coğrafiyada möhkəmlənə bilməzlər. Gürcüstan onsuz da məkan olaraq kifayət qədər böyük deyil, üstəlik resurs (neft, qaz) qıtlığı yaşayır. Bu baxımdan Qafqazın taleyinin Bakıda həll olunması və Azərbaycanın enerji siyasəti hər zaman Qərbin diqqətini çəkib”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm