Nida Xəbər
Fuad Muradov Almaniyada yaşayan azərbaycanlılarla görüşdü - - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada bir sıra görüşlər keçirib.
Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, F. Muradov əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.
Sonra Federal Kansler Aparatının idarə rəisi Matias Lüttenberq və Almaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb.
F. Muradovun Almaniya səfəri həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşayiət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər. Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi