• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Cəbhədən ACI XƏBƏR: şəhid əsgərimiz DƏFN EDİLDİ - YENİLƏNDİ

Cəbhədən ACI XƏBƏR: şəhid əsgərimiz DƏFN EDİLDİ - YENİLƏNDİ

Şəhid əsgər Qəbələdə dəfn edilib.

Publika.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.

Şəhidin dəfnində ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Şəhid yaylım atəşi altında dəfn olunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.

Allah rəhmət eləsin!

***

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR