Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı... - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı... - RƏSMİ

"Ermənistanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən qanunsuz həbs cəzasına məhkum olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ daim diqqətimizdədir".

Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin məbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən bununla bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına, o cümlədən BMT-nin Baş katibinə, qurumun İnsan hüquqları üzrə Ali Komissarına, Qaçqınların İşləri üzrə Ali Komissarına, Qızıl Xaç Komitəsinə, ATƏT-in Baş katibinə müraciətlər edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm